Azərbaycanlı nazirlə görüşən FİA prezidenti “Sabah” və “Qarabağ”dan nə paylaşdı? - FOTOLAR

02:00 Hadisə 91
Azərbaycanlı nazirlə görüşən FİA prezidenti “Sabah” və “Qarabağ”dan nə paylaşdı? - FOTOLAR

“Bakıda “Sabah” və “Qarabağ” komandalarının rəqabətli qarşılaşmada xalları bölüşməsi Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdi”.

Sportinfo.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino “Instagram” hesabında yazıb.

O bildirib ki, Misli Premyer Liqasının IX turunda baş tutan qarşılaşmanı izləməkdən məmnunluq hissi keçirib:

“Oyunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri - Yohanna Vud və Rodolfo Vilyalobos, eləcə də “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə izləmək məni xoşbəxt etdi.

Belə möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları bir araya gətirdiyini və sevinc bəxş etdiyini sübut edir”.






Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM