“Barselona”nın hansı müdafiəçisi “Sabah”la oyunu buraxacaq? - FOTO

00:30 İspaniya 79
“Barselona”nın hansı müdafiəçisi “Sabah”la oyunu buraxacaq? - FOTO

"Barselona"nın heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Xavi Espart sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu La Liqanın X turunun "Real"la matçında (1:2) sağ ayağının topuğundan zədələnib. Espart təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Gənc sağ cinah müdafiəçisi Çempionlar Liqası Liqa mərhələsinin V turunun "Sabah"la oyununda iştirak etməyəcək. Qarşılaşma noyabrın 25-də baş tutacaq.

Xavi Espart "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM