Problem onda imiş - Getdi, komanda “dirildi”

17:40 Problem 149
Problem onda imiş - Getdi, komanda “dirildi”

Fərid Namazov iki həftə əvvəl «İmişli»dən göndərildi.

Bir il sonrakı qayıdışı cəmi 6 tur çəkdi.

Ondan boşalan yeri köməkçisi Ervins Perkons tutdu. Nə oldu, bundan sonra oldu - iki oyun, iki qələbə.

Bu, «İmişli»nin müvəqqəti baş məşqçi ilə çıxışı, yüksəlişidir. Daha bir uğurlu oyun keçirsə, ən azı, qış fasiləsinədək hazırkı postunda saxlanılacaq.

Ondan sonra da Allah kərimdir, gələn ilin yayınadək işini davam etdirəcək.

«Turan Tovuz» və «Şamaxı» ilə qarşılaşmalar bəlli elədi ki, «İmişli»nin əsas problemi nə imiş. Perkonsun əlində, əlbəttə ki. sehrli çubuq yoxdur və o, böyük dəyişikliyə getməyib.

Latviyalı məşqçi, sadəcə, taktiki düzülüşə və sistemə müəyyən qədər əl gəzdirib. Üçüncü bölgədə aktivliyi artırıb, orada pressinq tətbiq etməyə və çoxalmağa başlayıb.

Bir də fərqindəyik ki, futbolçuların qazanmaq istəyi yaranıb. Fərid Namazov kommunikasiya qurmaqda çətinlik çəkib - bu, oyunçuların halından da görünür.

Ələlxüsus, legionerlərdə.

Dioqo Almeyda dünənə kimi yalnız getməyi düşünürdü, variantlar axtarırdı, bu gün isə qol urmaqdan ötrü dəridən-qabıqdan çıxır. İstəməyən yenə oynamaz, can yandırmaz. Xülasə, Fərid Namazovun ayrılması komandaya müsbət təsir göstərib, diriliblər.

«Pro» oxuyandan oxuyana da fərq var yəni. Var ki, onu necəsə alasan, var ki, öyrənib alasan. Həqiqi öyrənən həm də öyrədə bilir. Perkonsu hələlik ikinci kateqoriyaya aid etməliyik.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti