“Neftçi” ilkə imza atdı, “Xəzər Lənkəran” bu yolu getdi, indi də...

08:40 Sabah 105
“Neftçi” ilkə imza atdı, “Xəzər Lənkəran” bu yolu getdi, indi də...

Misli Premyer Liqasının arxada qalan hissəsində cəmi 1 qol buraxan "Sabah" Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi keçirdiyi 8 oyunda orta hesabla 0,125 top buraxmaqla diqqət çəkib.

1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/17 mövsümündə “Qəbələ” nail olub.

2001/02 mövsümündə “Neftçi”nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM