"Qarabağ"ın qapıçısını 26 nəfərlik heyətə daxil etdilər

03:30 Qarabağ 78
"Qarabağ"ın qapıçısını 26 nəfərlik heyətə daxil etdilər

"Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Sergey Barbarez 28 yaşlı qolkiperi 26 nəfərlik heyətə daxil edib.

Bosniya və Herseqovina yığması noyabrda UEFA Millətlər Liqası çırçivəsində iki oyun keçirəcək. Komanda noyabrın 14-də Solnada İsveçlə səfərdə üz-üzə gələcək, üç gün sonra isə Zenitsada Rumıniyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM