Avropa çempionatını 10 medalla tamamladıq - Fəxri kürsüyə qalxanlarımız

07:10 Boks 78
Avropa çempionatını 10 medalla tamamladıq - Fəxri kürsüyə qalxanlarımız

Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, yığmanın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib.

O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq), Sərxan Haxverdiyev (70 kq) gümüş, Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc mükafat qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM