“Sabah”ın qapıçısı yolüstə, Premyer Liqaya dönmək istəyən klubdan MÜHÜM QƏRAR - VİDEO

11:40 Premyerliqa 161
“Sabah”ın qapıçısı yolüstə, Premyer Liqaya dönmək istəyən klubdan MÜHÜM QƏRAR - VİDEO

“Sportinfo TV”də yayımlanan “Sport Xəbər” növbəti dəfə izləyicilərin görüşünə gəlib.

Aytən Mustafayevanın təqdimatında bir neçə informasiya diqqətə çatdırılıb.

Məlum olub ki, «Səbail» rəhbərliyi yumruğunu stola bərk çırpıb. I Liqanın altıncı turunda «Şahdağ Qusar»a 0:1 hesabıyla uduzan komandanın üzvləri böyük məbləğdə cərimələnib.

Bura yalnız futbolçular daxil deyil, onlarla yanaşı, məşqçi korpusu da cəriməyə məruz qalıb. Məbləğ kifayət qədər iridir - aldıqları aylıq məvacibin hardasa yarısı qədər.

Premyer Liqaya vəsiqəyə birbaşa iddiaçı olan «Səbail» mövsümün əvvəlində artıq kifayət qədər xal itirib.

«Xankəndi» və «Karvan»la 1:1 edərək, liderlərdən kifayət qədər aralı düşüblər. 11 xala malik sabiq «dənizçilər» turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər blokunda məlumat verilib ki, «Şəfa»da klubdaxili toplantı keçiriləcək. Yığıncaq rəhbərliklə baş məşqçi Zaur Həşimov arasında təşkil olunacaq.

Burada komandanın dünənki yenilgisi müzakirə ediləcək.

Paytaxt təmsilçisi Premyer Liqanın doqquzuncu turu çərçivəsində «Kəpəz»i Sumqayıtda qəbul eləyib və 1:2 hesabıyla uduzub. Bu yenilgidən sonra «ağ-göylər»in məğlubiyyətlərinin ümumi sayı 8-ə çatıb.

"Sabah"ın qolçusu Coy-Lens Mikels karyerasını Bundesliqada davam etdirə bilər. Almaniyada doğulmuş ruandalı hwcum,u Münhenqladbax "Borussiya"sına keçməyi arzulayır. Mikels yanvardan sonra klubunu dəyişmək fikrindədir.

32 yaşlı ön xətt oyunçusunun Azərbaycan çempionu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Onunla klub arasındakı şifahi razılaşmaya görə, 400-500 min avroluq təklif gəlsə, onun gedişinə icazə veriləcək.

Ruanda millisinin üzvü olan Coy-Lens Mikels carri mövsümdə "Sabah"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti