Əcnəbi baş məşqçi istəmədiyi legionerdən necə zərbə aldı? - QƏRİBƏ OLAY

19:00 Sumqayıt 196
Əcnəbi baş məşqçi istəmədiyi legionerdən necə zərbə aldı? - QƏRİBƏ OLAY

"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido "Kəpəz"lə oyundan öncə istəmədiyi qərarı verməyə məcbur qalıb.

Belə ki, komandanın əsas mərkəz müdafiəçisi sayılan Höccət Haqverdi uzunmüddətli zədə səbəbindən düşərgədən ayrı düşüb.

Komandada isə başqa stoper yoxdur.

Bu səbəbdən klub rəhbərliyi qısa müddətdə yeni müdafiəçi axtarışına çıxıb. Lakin axtarışlar nəticə verməyib.

Çıxış yolu kimi komandanın məşqlərində iştirak edən İmani Barkerin sifariş olunması qərara alınıb.

Bəs İmani Barker kimdir?

İmani Barker ötən mövsümün əvvəlində "Sumqayıt"a transfer olunub.

Və icarə əsasında "Karvan-Yevlax" klubunda keçirib.

Geridə qalan yay isə yenidən “kimyaçılar”ın düşərgəsinə qoşulub.

Ancaq portuqaliyalı mütəxəssis ilk günlərdən bu futbolçunun performansından razı qalmayıb və rəhbərliyə onun göndərilməsini bildirib.

Barkerə yeni klub tapmaq mümkün olmadığı üçün müdafiəçi komandanın məşqlərində iştirak etməyə davam edib.

Kandido məcburiyyətdən istəmədiyi futbolçunun yeni mövsüm üçün sifariş olunmasına razılıq verib.

Əslində bu qərar afrikalı legioner üçün özünü təsdiqləmək baxımından gözəl fürsət sayıla bilərdi.

Amma cəmi 7 dəqiqə kifayət edib ki, Barker Kandido­nun onun haqqında fikirlərinin təsadüfi olmadığını göstərsin.

Belə ki, 24 yaşlı müdafiəçi Gəncə səfərində sona 7 dəqiqə qalmış meydana daxil olub və "Sumqayıt"ın buraxdığı bərabərlik qolunda ciddi səhvlə yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti