«Qarabağ»la «Sabah»ın cari mövsümdə ilk dueli Mərdəkanda baş tutdu.
Qol epizodları sarıdan kasad keçən matç göz oxşamadı.
«Qarabağ» tühlükəli yeganə fürsəti Kadi Borgesin ayağıyla yaxaladı. Ortaya çəkilmiş braziliyalı vingerin cərimə meydançasının önündən sol ayaqla qapının yaxın küncünə fırlatdığı zərbəyə Pokatilov bir tullanışla reaksiya verdi.
Bu fraqment kameralara yaxalananda dəqiqələr 75-i göstərirdi.
Renaldo Sefas candır. Sürətli və texnikalıdır. Cinahındakı müdafiəçinin üstünə getməyə, onu aldatmağa, keçməyə həvəskardır.
Yamaykalı sonluğu düz gətirmir, qərarını doğru vermir - ötürmə etməli olduğu yerdə qapıya zərbə endirir. Bəzən topu ayağında çox saxlayır, bəzən də son vuruşu gecikdirir.
Marko Yankoviçin «Qarabağ»la müqaviləsi gələn ilin yayında bitəcək. Ehtimal etmək olar ki, monteneqrolu yarımmüdafiəçi kontraktını yeniləməyəcək.
Qurbanovun 2022-ci ilindən bu tərəfə xidmətindən yararlandığı legionerin qalmasına israr edəcəyi də az inandırıcıdıdır. Y
ankoviç bu ilin əvvəlinə qədər Messi kimi oynayırdı, hazırda isə motoru tökülmüş «Jiqulu» kimi. Texniki səhvləri dəhşətli dərəcədə çoxalıb.
Nə vaxt baxırsan, dodağının altında deyinir. Özünü ər evində hər şeydən narazı hikkəli təzə gəlin kimi aparır.
MUSA
