“Milan”ın müdafiəçisi Fikayo Tomori qış transfer pəncərəsində İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” 28 yaşlı futbolçunun transferi üçün İtaliya klubu ilə əlaqə saxlayıb.
“Milan”ın yayda müqaviləsinin vaxtı başa çatacaq müdafiəçini qışda sataraq, transfer gəliri əldə etmək istədiyi bildirilir.
Tomori 2021-ci ilin yayından “Milan”da çıxış edir. O, daha əvvəl “Çelsi”nin formasını geyinib.
