“Neftçi”dən AÇIQLAMA: “Bu nəticəyə görə bütün komanda məsuliyyət daşıyır”

13:20 Neftçi 133
“Neftçi”dən AÇIQLAMA: “Bu nəticəyə görə bütün komanda məsuliyyət daşıyır”

“Çətin oyun olacağını bilirdik. “Turan Tovuz”a qarşı matçlar həmişə ağır keçir.

Düzdür, bu, həmin rəqibə qarşı ilk oyunum idi və qarşılaşmanın nə dərəcədə çətin olduğunu özüm də gördüm, üstəlik, bu gün belə bir komandaya qarşı 10 nəfərlə mübarizə aparmalı olduq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin legioneri Qustavo Klisman deyib.

Braziliyalı yarımmüdafiəçi komandanın azlıqda qalmasına baxmayaraq, mübarizəni davam etdirdiyini və yaradılan qol imkanlarından yararlana bilmədiklərini vurğulayıb:

“Hər birimiz meydanda əlimizdən gələni etməyə, daha çox mübarizə aparmağa və qaçmağa çalışırdıq. Bir neçə qol epizodumuz da oldu, amma təəssüf ki, qələbə qazana bilmədik.

Bu nəticəyə görə bütün komanda məsuliyyət daşıyır. Həftə ərzində səhvlərimizi aradan qaldırmaq üçün çalışacağıq ki, növbəti oyunda onları təkrarlamayaq”.

Klisman azarkeşlərə də təşəkkür edib:

“Stadionda kifayət qədər azarkeş var idi və onlar bizi sonadək dəstəklədilər. Onların dəstəyi meydanda bizə çox kömək oldu.

Sadəcə, azarkeşlərimizdən xahiş etmək istəyirəm ki, hər oyuna gəlib bizi bu cür dəstəkləsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti