Millimiz qrupu böyükhesablı məğlubiyyətlə bitirdi

01:00 Milli komanda 94
Millimiz qrupu böyükhesablı məğlubiyyətlə bitirdi

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatında qrupda son iki oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Bundan öncə Famil Xəlilovun baş məşqçi olduğu millimiz İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan millisi AF qrupunda çıxışını 3-cü yeri tutmaqla başa vurub. Komanda 65-96-cı yerlər uğrunda pley-off oyunlarında iştirak edəcək.

U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM