Premyer Liqa təmsilçisi əsas komandadan göndərilən gənclə bağlı SON QƏRARI verdi

17:00 Sumqayıt 149
Premyer Liqa təmsilçisi əsas komandadan göndərilən gənclə bağlı SON QƏRARI verdi

“Sumqayıt” klubu gənc futbolçu Nihat Əhmədzadə ilə bağlı son qərarını verib.

Yarımmüdafiəçi bu gündən etibarən əsas komandanın məşqlərinə qatılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl klubun öz yetirməsini əvəzedici komandaya göndərdiyi barədə mətbuatda xəbərlər yayılmışdı.

Futbolçu özü də açıqlamasında bu məlumatı təsdiqləmişdi.

Lakin millinin düşərgəsindən qayıdan 20 yaşlı futbolçu yenidən əsas komanda ilə məşqlərə qoşulub.

O, “Qəbələ” ilə qarşıdakı oyunun hazırlığında iştirak edir.

Baş məşqçi Filipe Kandido ona şans verəcəyi təqdirdə, Əhmədzadəni bölgə klubuna qarşı meydanda görə bilərik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti