“Sumqayıt”ın transfer siyasətində əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik görünmür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında FİFA meneceri Emil Əsədov deyib.
“Asadov Pro Bridge”in rəhbəri “kimyaçılar“ın transer siyasətində əvvəlki illəri təkrarladığını bildirib.
Onun bildirdiyinə görə, “gənclik şəhəri“ təmsilçisi bazarlıq zamanı yenə oxşar profilli futbolçulara üstünlük verib:
“Mənim subyektiv fikrimcə, bu yay gələn oyunçuların böyük hissəsinin növbəti mövsüm komandadan ayrılması ehtimalı yüksəkdir. Transferlərin baş məşqçinin oyun üslubuna nə dərəcədə uyğun olması da sual doğurur.
Futbolçuların fərdi keyfiyyətlərinin “Sumqayıt”ın qarşısına qoymalı olduğu məqsədlərə tam uyğun gəldiyini düşünmürəm.
Edilən transferlərə baxmayaraq, komandaya hələ də səviyyəli mərkəz müdafiəçisi və nəticəyə birbaşa təsir edə biləcək hücumçu lazımdır.
Bundan əlavə, təcrübəli və oyunun tempini dəyişə bilən cinah futbolçusu “Sumqayıt”ın hücum potensialını nəzərəçarpacaq dərəcədə artıra bilərdi“.
