Gürcüstanlı hücumçu ölkəmizdə “40”a çatdı, tarixə düşdü

03:50 Zirə 67
Gürcüstanlı hücumçu ölkəmizdə “40”a çatdı, tarixə düşdü

Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.

Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub.

O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM