“Bu xəbərlərin necə yayıldığını bilmirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri U-21 millisinin yarımmüdafiəçisi Nihad Əhmədzadə deyib.
O, “Sumqayıt”da əvəzedici heyətə göndərilməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib:
“Əslində, belə məsələlərin gizli saxlanılması daha yaxşı olardı. Amma mənə milli komandada olduğum vaxt bu barədə məlumat verildi.
Klub tərəfindən mənə bildirilib, lakin səbəbini tam olaraq bilmirəm. Kluba qayıdanda yəqin ki, daha ətraflı məlumat əldə edəcəm”.
