Premyer Liqa təmsilçisi qışı gözləmədi, transfer bazarlığına başladı - SON DƏQİQƏ

13:00 Zirə 311
Premyer Liqa təmsilçisi qışı gözləmədi, transfer bazarlığına başladı - SON DƏQİQƏ

"Zirə" qış fasiləsini gözləmədən transfer bazarında hərəkətə keçib.

Klubun seleksiya şöbəsinin rəhbəri Eltun Yaqublu Avropaya yollanıb.

O, hazırda Portuqaliyadadır.

Yayda qəsəbə təmsilçisinə qayıtmış E.Yaqublu sözügedən ölkədə I Liqa və II Liqanın bəzi oyunlarını izləyib, diqqətini çəkən futbolçular barədə əlavə məlumatlar toplayıb, müxtəlif görüşlər keçirib. Baş seleksioner hələ bir neçə gün orada qalaraq, danışıqlar aparacaq.

"Qartallar"ın məqsədi tezliklə heyətini gücləndirməkdir. Cari mövsümdə Konfrans Liqasında mübarizə aparmış "Zirə" son 3-4 ayda 10 nəfərlə müqavilə bağlayıb.

Amin Seydiyev ("Sabah"), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov ("Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smit, Dimitri Leqbo ("Riyeka", Xorvatiya), Talisson Moreyra Reys ("Çaveş", Portuqaliya) və Mehdi Mişahşah ("Raja Kasablanka", Mərakeş) düşərgəyə qoşulub.

Problem ondadır ki, həm köhnədən qalan, həm də yeni gələn futbolçuların bir çoxu hazırda zədədən əziyyət çəkir. Sıradan çıxanların ümumi sayı artıq 10-u ötüb.

Rəşad Sadıqov Premyer Liqa matçlarında ilk "11-liy"i güclə düzəldir. Ehtiyat skamyada əvəzedici komandanın üzvlərini əyləşdirmək məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti