Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı oldu

05:20 Digər növlər 80
Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı oldu

Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.

Sportinfo.az xəbər verir ki, idmançı "Riga City Council's Youth Cup 2026" turnirində fərqlənib.

Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.

Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.

Bu, idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM