“Sabah”ınÇempionlar Liqasında rəqibi olan “Barselona”nın futbolçusu Lamin Yamalın bu gün dünyanın ən yaxşı gənc futbolçusuna verilən mükafatı qazanacağı gözlənilir.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Partidazo de COPE” məlumat yayıb.
Kataloniya klubunda 19 yaşlı futbolçunun “qızıl top”u qazanacağı da istisna edilmir. “Barselona” rəhbərliyi Yamalın hər iki mükafata sahib çıxmaq şansının yüksək olduğuna inanır.
Hər iki mükafata namizədlər arasında “Barselona”nın digər futbolçusu Pau Kubarsi də yer alır. Ancaq ispaniyalı müdafiəçi Londonda keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcək.
Kubarsinin dünən “Real”la La Liqa matçını (1:2) yüksək hərarətlə başa vurduğu bildirilir. 18 yaşlı futbolçuya istirahət etmək və yaşananlardan sonra bir qədər uzaqlaşmaq üçün mərasimə qatılmamaq tapşırığı verilib.
