“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikin postundan ayrılmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
Komanda ardıcıl 8 oyundur qələbə qazana bilmir. Bu müddətdə 5 məğlubiyyət və 3 heç-heçə qeydə alınıb.
“Bornmut”a 0:3 hesablı məğlubiyyətdən sonra Mançester təmsilçisi İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pilləyə düşüb.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, Karrikin istefaya göndərilməsi gündəmdədir.
Bukmekerlər isə ingiltərəli çalışdırıcını əvəzləmək üçün əsas namizəd kimi Eddi Houya üstünlük verirlər. Yulian Naqelsmann və Antonio Konte də potensial namizədlər sırasındadır. Adı çəkilən hər üç mütəxəssis hazırda işsizdir.
Bukmekerlərin “qırmızı şeytanlar”da növbəti baş məşqçi ilə bağlı əmsalları belədir:
Eddi Hou – 1,67
Yulian Naqelsmann – 3,50
Antonio Konte – 8,00
Kiran Makkenna – 10,00
Unay Emeri (“Aston Villa”) – 11,00
