Şəhərdə çoban itinin hücumuna məruz qaldı - 50-dən çox tikiş qoyuldu

01:40 Hadisə 94
Şəhərdə çoban itinin hücumuna məruz qaldı - 50-dən çox tikiş qoyuldu

“Liverpul”un və “Arsenal”ın sabiq vingeri Cermeyn Pennant Londonda it hücumuna məruz qalıb.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, hadisə keçmiş futbolçunun gəzintisi zamanı baş verib.

Aqressiv alman çoban iti Pennantın “Kinq” adlı amerikan akitasına hücum edib.

Ev heyvanını qorumağa çalışan sabiq futbolçu itlərin davasına müdaxilə edib. Bu zaman hücum edən it onu yerə yıxaraq ayağından dişləyib.

Hadisə zamanı Pennantın iti də hücum edən heyvanı saxlamağa çalışaraq sahibinə kömək edib.

İngiltərəli sabiq futbolçu dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun dərin yaralarını müalicə edib və 50-dən çox tikiş qoyublar.

Pennant hazırda özünü yaxşı hiss edir və hələlik polisə müraciət etməyi planlaşdırmır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM