Əvəzedicilər Liqasında 7-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Zirə-2” ilə “Şamaxı-2” heç-heçə oynayıb. “Sumqayıt-2” isə “Qəbələ-2” ilə qarşılaşıb. Görüş “SOCAR Polymer Arena”nın ehtiyat meydanında baş tutub.
“Qəbələ-2” mövsümdə 6-cı qələbəsini qazanıb - 2:0. Komandanın heyətində Ariz Kərimov ilk yarıda hesabı açıb.
İkinci hissədə isə Xəyyam Məmmədli fərqlənib. 7 oyundan sonra hesabında 19 xal olan “qırmızı-qaralar” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
“Zirə-2” – “Şamaxı-2” 1:1
Qollar: Rəsul Hacızadə, 19 – Surxay Nəbiyev, 6-öz qapısına.
“Sumqayıt-2” – “Qəbələ-2” 0:2
Qollar: Ariz Kərimov, 38. Xəyyam Məmmədli, 88.
