Dünya çempionatının finalında erməniyə rəqib olan həmyerlimiz kimdir?

08:00 Güləş 88
Dünya çempionatının finalında erməniyə rəqib olan həmyerlimiz kimdir?

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da finalçılar müəyyənləşib.

Nihat Məmmədli (63 kq) amerikalı Xavyer Conson xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Dünya çempionumuz norveçli Morten Toresenə (11:0) və qətərli Aref Mohammadiyə (10:1) tam üstünlüklə qalib gələrək yarımfinala adlayıb.

Nihat həlledici görüşdə rusiyalı olimpiya mükafatçısı, dünya və 3 qat Avropa çempionu Sergey Yemelinə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək 2-ci dəfə mundialın finalına vəsiqə qazanıb. Məmmədli sabah finalda ermənistanlı Karen Aslanyanla qarşılaşacaq.

Mübarizəyə 1/8 finaldan qoşulan Həsrət Cəfərov (67 kq) əvvəlcə ukraynalı Oleksandr Xruşin (7:1), ardınca isə koreyalı Hanjae Çanq (6:1) üzərində inamlı qələbə yarımfinala yüksəlib.

Cəfərov finala gedən yolda İran təmsilçisi, olimpiya və dünya çempionu Səid Esmailiylə qarşılaşıb. İlk xal prinsipinə əsasən (1:1) rəqibinə məğlub olan Həsrət sabah bürünc medal görüşünə çıxacaq.

İslam Abbasov (87 kq) ilk mərhələdə türkiyəli dünya çempionu Ali Cengizi mübarizədən kənarlaşdırıb – 6:0. Güləşçimizin 1/8 finalda bolqarıstanlı olimpiya çempionu Semyon Novikovla görüşü gərgin mübarizə şəraitində keçib.

Sona az qalmış üstünlüyü əldən verərək minimal fərqlə (5:6) məğlub olan Abbasov sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Latana Sopa (Amerikan Samoası) olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM