Gürcüləri udan yığmamız çempionatı 5-ci pillədə başa vurdu

04:30 Voleybol 79
Gürcüləri udan yığmamız çempionatı 5-ci pillədə başa vurdu

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatını beşinci pillədə başa vurub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi kollektiv beşinci yer uğrunda görüşdə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələrinə 0:3 hesabı ilə uduzub.

Finalda Polşa yığması Ukrayna komandasını 3:2 hesabı ilə məğlub edərək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM