Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında 4-cü oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda İsrail ilə qarşılaşıb.
Görüşdə Famil Xəlilovun baş məşqçi olduğu millimiz rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
U-15 millimiz bu gün saat 18:15-də növbəti matçında Haiti yığması ilə qarşılaşacaq.
Azərbaycan millisi hazırda 9 xala malikdir və yalnız vurulan qolların sayına görə Haitidən geri qalaraq 3-cü yerdədir. Beləliklə, A qrupunda ikinci yerin taleyi bu oyunla həll olunacaq.
U-15 daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
