“Real”ın hücumçusu Kilian Mbappe “Barselona” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Fransalı “Kamp Nou”da keçirilən “el klasiko”da komandasının 2:1 hesablı qələbəsində hər iki qolu vurub.
Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, qazanılan üç xalın vacibliyini vurğulasa da, mövsümün hələ uzun olduğunu bildirib:
“Buradakı qələbə hələ heç nə demək deyil. Bu, “Real”dır. Biz eyni templə davam etməli və hər oyunda qalib gəlməliyik.
Ardıcıl beş qələbə ilə kifayətlənə bilmərik. Bugünkü uğur müsbət əlamətdir, lakin mövsümün sonuna qədər hələ uzun yol var.
Gələn həftə “Rasinq”ə qarşı keçiriləcək oyuna da eyni əhval-ruhiyyə ilə yanaşmalıyıq”.
Madrid klubu bu qələbədən sonra La Liqanın turnir cədvəlində 3-cü pillədə qalsa da, “Barselona” ilə xal fərqini 3-ə endirib.
