Birinci Liqada mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, millinin sabiq futbolçusu Bəxtiyar Soltanov Buzovna təmsilçisinin baş məşqçisi təyin olunub.
Bununla bağlı qərar ötən gün verilib.
“Baku Sportinq” bundan əvvəl baş məşqçi Samir Ələkbərovla yollarını ayırıb. Komanda Birinci Liqada altı turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
