Millinin oyunçusunun “qələm”ini niyə qırdılar? - Gizli səbəb bu imiş!

17:00 Sumqayıt 184
Millinin oyunçusunun “qələm”ini niyə qırdılar? - Gizli səbəb bu imiş!

Nihat Əhmədzadənin “Sumqayıt”ın əsas komandasının məşqlərinə qoşulması barədə dünən məlumat vermişdik.

Futbolçunun əvəzedici heyətə göndərilməsinin detalları ilə bağlı da müəyyən məlumat əldə etmişik.

Mətbuatda yazılanlardan fərqli olaraq, futbolçu nə müqaviləsinin uzadılması ilə bağlı məsələyə, nə də klub rəhbərliyi ilə arasında yaranan hər hansı gərginliyə görə ikinci komandaya göndərilib.

Məsələnin kökündə nizam-intizam dayanır. Gənc futbolçu intizam qaydalarını pozduğu üçün cəza olaraq əvəzedici heyətə göndərilib.

Əbəs yerə deyil ki, bu qərar uzunmüddətli olmayıb.

Yarımmüdafiəçi cəza olaraq yalnız bir neçə məşqdə əvəzedici heyətlə çalışıb.

Bu addım daha çox xəbərdarlıq xarakteri daşıyıb.

Futbolçuya hərəkətlərinə diqqət yetirməli olduğu, növbəti dəfə belə hallara yol verəcəyi təqdirdə cəzanın müddətinin daha uzun ola biləcəyi mesajı verilib.

Maraq üçün bildirək ki, Nihat Əhmədzadənin 2028-ci ilə qədər qüvvədə olan müqaviləsi var.

Əslində, bu faktın özü də müqavilə ilə bağlı hər hansı danışıqlara ehtiyac olmadığını və bu məsələdə problem yaranması ehtimalının az olduğunu göstərir.

Çünki gənclər millimizin üzvünün müqaviləsinin bitməsinə hələ xeyli vaxt var.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti