“Ehtiyac yaransa, xaricdəki futbolçuları dərhal milliyə dəvət edəcəyik"

“Ehtiyac yaransa, xaricdəki futbolçuları dərhal milliyə dəvət edəcəyik"

Azərbaycanın U-18 millisində əsas məqsəd U-17 və U-19 yığmalarından kənarda qalan futbolçuların itirilməməsidir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Mahmud Qurbanov deyib.

O, növbəti planlar haqqında fikirlərini bölüşüb:

"U-17 və U-19 yığmalarının rəsmi oyunları bitəndən sonra bir toplanış etmək istəyirik. Bu il rəsmi yarış yoxdur.

Əsas məqsədimiz U-17 ilə U-19 yığmalarından kənarda qalan, heyətə düşə bilməyən futbolçuları itirməməkdir.

Onlar da oynamalıdırlar. Fikrimiz var ki, toplanış təşkil edək və yoldaşlıq oyunları keçirək. Hələ ki rəqiblərin kimliyini bilmirik".

M.Qurbanov heyətin formalaşdırılması prosesinə də toxunub:

"Heyəti hələ yığmamışıq, oyunlara baxırıq. Bəzi 2009-cu il təvəllüdlü futbolçular U-19 yığmasındadır. Kənarda qalan oyunçuları da izləyirik.

Xaricdəki futbolçularla Bəxtiyar Musayevin rəhbərlik etdiyi skaut departamenti maraqlanır. Ehtiyac yaransa, dərhal dəvət edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM