Murad dünya çempionatını medalsız başa vurdu

05:30 Güləş 93
Murad dünya çempionatını medalsız başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını medalsız başa vurub.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı idmançı təsəlliverici görüşdə Markus Raqqinqerə (Avstriya) uduzub.

Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM