“Millidə əvəzedici heyətə göndərildiyimi öyrəndim, klubuma qayıtdıqdan sonra...”

07:30 Sumqayıt 117
“Millidə əvəzedici heyətə göndərildiyimi öyrəndim, klubuma qayıtdıqdan sonra...”

“İlk qolu rəqib vurdu. Vəziyyət çətinləşsə də, ruhdan düşmədik və ikinci hissədə geridönüş edərək, əzmkar qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə evdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının səkkizinci tur matçını dəyərləndirərkən deyib.

20 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, fasilədə baş məşqçi Filipe Kandido paltardəyişmə otağında komanda ilə danışdıqdan sonra sonra onlar daha yaxşı performans sərgiləyiblər.

O, vurduğu qələbə qolunu da dəyərləndirib.

“Qol vurduğum üçün çox sevincli idim və bunu azarkeşlərlə birlikdə qeyd etmək istədim. Komandama xeyir vermişəmsə, çox xoşbəxtəm. Mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkürümü bildirirəm”, -o, söyləyib.

Əhmədzadə daha əvvəl “Qəbələ”ni də 4:1 hesabı ilə yendiklərini xatırladaraq, ardıcıl iki qalibiyyətdən sonra toparlandıqlarını vurğulayıb:

“Daha yaxşı olacağıq. Kollektiv olaraq, buna inanırıq”.

O, daha öncə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisində olduğu vaxt “Sumqayıt”ın əvəzedicilərinə göndərildiyini öyrənib. Gənc futbolçu daha bir neçə günlük məşqdən sonra əsas heyətə qaytarılıb.

Əhmədzadə özü ilə bağlı nələrin baş verdiyini açıqlamaq istəməyib:

“Millidə əvəzedici heyətə göndərildiyimi öyrəndim. Klubuma qayıtdıqdan sonra da bunu mənə bir daha bildirdilər. Qalan məsələlər barədə çox da məlumat vermək istəmirəm”.

Qeyd edək ki, Nihad Əhmədzadə “Araz-Naxçıvan”la görüşdə qələbə topunu 81-ci dəqiqədə vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM