Misli Premyer Liqasında cari mövsümün geridə qalan hissəsində ümumilikdə 134 qol vurulub ki, bunun 103-ü əcnəbilərin payına düşür.
Sportinfo.az xəbər verir ki, mövsümün 100-cü əcnəbi qolu 9-cu tura təsadüf edib.
Belə ki, “Neftçi” – “Turan Tovuz” görüşünün 44-cü dəqiqəsində hesabı açan meydan sahiblərinin braziliyalı yarımmüdafiəçisi Breno Almeyda 100-cü əcnəbi qolunun müəllifi olub.
Geridə qalan turda komandalar 16 dəfə mərkəzə dəvət ediliblər və bunun yalnız 3-ü yerlilərin aktivinə yazılıb.
Ümumilikdə isə cari mövsümün 134 qolundan 28-də yerli futbolçular adlarını tabloya yazdırıblar. 3 dəfə isə avtoqol qeydə alınıb.
