Ronaldonun həmyerlisi Azərbaycan klubuna xəbər göndərdi - Gəlim, sizi çempion edim…

16:20 I Divizion 241
Ronaldonun həmyerlisi Azərbaycan klubuna xəbər göndərdi - Gəlim, sizi çempion edim…

Ötən mövsüm «İmişli»ni çalışdırmış Jorj Kaşkilya yenidən Azərbaycana qayıtmağa can atır,

Beş aydır klubsuz qalan portuqaliyalı bura dönməkdən ötrü bütün əlaqələrini işə salıb.

Yayda öz xidmətini «Kəpəz», «Araz-Naxçıvan» və «Sumqayıt»a təklif etmiş, hətta sonuncularla anlaşmağa yaxın olan, yalnız son anda təyinatı gerçəkləşməyən mütəxəssis bu dəfə I Liqada fəaliyyət göstərməyə hazırdır.

O, bu barədə tanış şəxslər vasitəsilə «Səbail» rəhbərliyinə xəbər göndərib. Avropalı sükançı bildirib ki, komanda barədə ətraflı məlumat toplayıb və çempionatı ümumilikdə incələyib.

Hazırda «Səbail»in formasını geyinən bir neçə futbolçunu Premyer Liqadan tanıdığını deyən baş məşqçi tezliklə bura gəlməyə razıdır.

Vəd edib ki, əgər ona etimad göstərsə, sabiq «dənizçilər»ə I Liqanın çempionluğunu qazandıracağına şübhə bəsləmir. Kaşkilya bir qədər də uzağa gedərək, mövcud heyətlə Premyer Liqada da mübarizə aparmağın mümkünlüyünü söyləyib.

Qubanı təmsil etməyə və adını dəyişməyə hazırlaşan «Səbail» mövsümün ilk 6 turu ərzində bərbad nəticələr qazanıb. İki heç-heçə edən və bir məğlubiyyət alan komanda 11 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb.

Aşağı liqanın ən imkanlı iştirakçısı bu gedişlə Elnur Abdullayevi görəvdən alacaq. Gənc yerli həmkarının postuna göz dikən Kriştianu Ronaldonun həmeyrlisi keçən «futbol ili»ndə «İmişli» ilə pis nəticə qazanmayıb,

Aranlılar elitada keçirdiyi debüt mövsümündə 9-cu pilləni tutub. Amma rəhbərliklə müəyyən məsələlərdə fikir ayrılığı yaşadığı üçün müqavilənin müddətini uzatmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti