Sərt cəzaya ağıllı reaksiya...
Cəmi bir həftə əvvəl “Sumqayıt"ın yarımmüdafiəçisi Nihat Əhmədzadə ilə bağlı mətbuatda müxtəlif məlumatlar dolaşırdı. Klub prezidenti ilə münasibətlərinin korlandığı, əsas komandadan uzaqlaşdırıldığı yazılırdı.
Biz məsələni araşdırdıq və məlum oldu ki, günahkar elə Əhmədzadənin özüdür. O, meydandan kənarda idmançı peşəkarlığına yaraşmayan davranış sərgiləyib.
Klub prezidenti Riad Rəfiyev da saytımıza müsahibəsində xəbərimizi təsdiqlədi. Bildirdi ki, bəli, Əhmədzadənin əsas komandadan uzaqlaşdırılması ona verilən cəzadır.
Ona verilən cəzanın məqsədi təkcə intizamı qorumaq deyil, həm də səhvindən nəticə çıxarmasına şərait yaratmaqdır. Əsas məsələ futbolçunun bu hadisədən hansı dərsi götürməsidir.
Nihatın ətrafı da, özü də bu cəzadan nəticə çıxarmalı, meydandan kənardakı davranışlarına daha çox diqqət yetirməlidir.
Son iki oyunda Əhmədzadənin göstərdiyi reaksiya onu deməyə əsas verir ki, gənc futbolçu əsas komandadan uzaqlaşdırılaraq əvəzedici heyətə göndərilməsindən dərs çıxara bilib.
Prezidentin ona ünvanladığı mesajı doğru-düzgün qəbul edə bilib.
“Qəbələ” ilə oyunda ehtiyatdan meydana daxil olan futbolçunu növbəti qarşılaşmada artıq əsas heyətdə gördük. Üstəlik, simasında hər hansı narazılıq və ya küskünlük hiss olunmurdu.
Görünən odur ki, Nihat da əməlindən peşmandır və ona verilən şansdan yararlanmağa çalışır.
Bəzən gənc futbolçulara verilən belə cəzalar onları sındırmaq yox, daha da möhkəmləndirmək məqsədi daşıyır.
Nihat Əhmədzadə bu dəfə bundan faydalanmağı bacardı. İndi əsas məsələ bu müsbət gedişatı davam etdirmək və növbəti oyunlarda da özünü doğrultmaqdır.Sərt cəzaya ağıllı reaksiya...
Cəmi bir həftə əvvəl “Sumqayıt"ın yarımmüdafiəçisi Nihat Əhmədzadə ilə bağlı mətbuatda müxtəlif məlumatlar dolaşırdı. Klub prezidenti ilə münasibətlərinin korlandığı, əsas komandadan uzaqlaşdırıldığı yazılırdı.
Biz məsələni araşdırdıq və məlum oldu ki, günahkar elə Əhmədzadənin özüdür. O, meydandan kənarda idmançı peşəkarlığına yaraşmayan davranış sərgiləyib.
Klub prezidenti Riad Rəfiyev da saytımıza müsahibəsində xəbərimizi təsdiqlədi. Bildirdi ki, bəli, Əhmədzadənin əsas komandadan uzaqlaşdırılması ona verilən cəzadır.
Ona verilən cəzanın məqsədi təkcə intizamı qorumaq deyil, həm də səhvindən nəticə çıxarmasına şərait yaratmaqdır. Əsas məsələ futbolçunun bu hadisədən hansı dərsi götürməsidir.
Nihatın ətrafı da, özü də bu cəzadan nəticə çıxarmalı, meydandan kənardakı davranışlarına daha çox diqqət yetirməlidir.
Son iki oyunda Əhmədzadənin göstərdiyi reaksiya onu deməyə əsas verir ki, gənc futbolçu əsas komandadan uzaqlaşdırılaraq əvəzedici heyətə göndərilməsindən dərs çıxara bilib.
Prezidentin ona ünvanladığı mesajı doğru-düzgün qəbul edə bilib.
“Qəbələ” ilə oyunda ehtiyatdan meydana daxil olan futbolçunu növbəti qarşılaşmada artıq əsas heyətdə gördük. Üstəlik, simasında hər hansı narazılıq və ya küskünlük hiss olunmurdu.
Görünən odur ki, Nihat da əməlindən peşmandır və ona verilən şansdan yararlanmağa çalışır.
Bəzən gənc futbolçulara verilən belə cəzalar onları sındırmaq yox, daha da möhkəmləndirmək məqsədi daşıyır.
Nihat Əhmədzadə bu dəfə bundan faydalanmağı bacardı. İndi əsas məsələ bu müsbət gedişatı davam etdirmək və növbəti oyunlarda da özünü doğrultmaqdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
