Dortmund “Borussiya”sının sabiq futbolçusu Kevin Qrosskroyts komandanın son oyunlardakı çıxışını və baş məşqçi Niko Kovaçın fəlsəfəsini tənqid edib.
Sportinfo.az xəbər verir ki, 2014-cü ilin dünya çempionu hesab edir ki, Bundesliqa təmsilçisinin hücumunda kifayət qədər güc və kəskinlik yoxdur.
Qrosskroyts son dörd matçla bağlı müqayisə də aparıb: “Son oyunda “Ayntraxt” üzərində qələbəyə baxmayaraq, komanda heç də ümidverici deyildi.
Hücumda hərəkətlilik azdır və kəskinlik yox dərəcəsindədir. Son dörd qarşılaşmanı müqayisə etsək, yalnız “Sabah”la Bakıdakı görüşdə komanda daha yaxşı idi.
Lakin etiraf edək ki, “Sabah” digər rəqiblərdən ən zəifi idi. Baş məşqçinin oyunçu seçimində də yanlışlıqlar kifayət qədərdir. Artıq vəziyyəti dəyişməyin bir yolunu tapmalıdırlar”.
Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” – “Borussiya” oyununda qonaqlar 2:1 hesablı qələbə qazanıb.
