“Qarabağ”ın fransızı: “Çempionluq mübarizəsində iki komanda qalacaq, biri biz olacağıq”

11:20 Qarabağ 153
“Qarabağ”ın fransızı: “Çempionluq mübarizəsində iki komanda qalacaq, biri biz olacağıq”

Sportinfo.az xəbər verir ki, "Qarabağ”ın fransalı yarımmüdafiəçisi Jali Muaddib Misli Premyer Liqasının 9-cu turunda “Sabah”a qarşı keçirilən oyundan (0:0) sonra sualları cavablandırıb.

- Qələbə qazanmağınız üçün nə çatışmadı?

- Maraqlı oyun alındı. Biz pis oynamadıq. Rəqib də yaxşı çıxış etdi. “Sabah” güclü komandadır. Buna baxmayaraq, qələbə qazana bilərdik. Müəyyən çatışmazlıqlar oldu. Çalışacağıq növbəti görüşlərdə qalib gələk. Bunun üçün məşqlərdə çatışmayan cəhətlərimiz üəzrində daha çox işləməliyik.

- Hər iki tərəfin qol vura bilməməsi hücum xəttinin zəifliyini göstərir, yoxsa müdafiənin güclü olmasını?

- Siz statistikaya baxsanız, görərsiniz ki hücumla bağlı problem yoxdur. Biz əvvəlki matçlarda lazımi qədər qol vurmuşuq. Sadəcə rəqibin müdafiəsi çox güclüdür. Onlar topla inamlı oynayırdılar. Hər iki komanda qol vura bilmədi. Bu da müdafiənin nə qədər güclü olmasından xəbər verir.

- “Qarabağ, “Sabah” və “Neftçi”nin öz aralarındakı oyunlar heç-heçə başa çatdı. Demək olar ki, çempionluğun taleyini bu 3 komandanın digər 9 rəqiblə görüşdəki nəticələri müəyyənləşdirəcək?

- İnanmıram ki, 3 komanda arasında çempionluq mübarizəsi sona qədər davam etsin. Mübarizədə iki komanda qalacaq. Bu kollektivlərdən biri biz olacağıq. Digəri isə ya “Neftçi”, ya da “Sabah”. Təbii ki, digər klublardan mümkün qədər çox xallar almalıyıq ki, yekunda çempion olaq.

Digər Xəbərlər
Xəbər Lenti