Azərbaycanın U-21 yığmasının və “Pafos”un yarımmüdafiəçisi Murad Məmmədov qışda icarəyə verilə bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 20 yaşlı vingerin xidmətində bir çox klub maraqlıdır.
Onlar arasında həm Azərbaycan, həm də Avropa komandaları var. Kipr çempionatında iştirak edən “Omoniya” (Aradippu) Məmmədovu qışda icarəyə götürmək niyyətindədir.
“Pafos” rəsmiləri də böyük ümidlərlə komandaya cəlb etdiyi futbolçumuzun oyun praktikasının daha çox olmasından ötrü, bu addımı atmağı düşünür.
Bir müddət idi ki, zədə səbəbindən oynaya bilməyən “Neftçi”nin yetirməsi 2029-cu il mayın 31-nə qədər “Pafos”a məxsusdur.
