Bu gün Bakıda mötəbər futbol tədbiri keçiriləcək.
Təşkilatçı FİFA-dır.
Belə ki, qurumun Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Premyer Liqamızda mübarizə aparan klubların idarəçiləri, baş məşqçiləri və onların köməkçiləri üçün «master klass» keçəcək.
Burada milli komandalarımızın məşqçləri də dəvətlidir.
O, dünya futbolunda baş verən son yeniliklər barədə danışacaq, öz təcrübəsini bölüşəcək. Saat 11:00-da başlayacaq seminar «Marriot» otelində təşkil olunacaq.
1996-2018-ci illərdə “Arsenal”ı çalışdırmış və bu müddətdə 3 dəfə İngiltərə çempionu titulunu qazanan əfsanəvi fransız 2019-cu ildən FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri vəzifəsində çalışır.
SPORTİNFO.AZ
