"Kəpəz"in Gəncədə rəsmi fan-shopu fəaliyyətə başladı - FOTO

07:20 Kəpəz 86
"Kəpəz"in Gəncədə rəsmi fan-shopu fəaliyyətə başladı - FOTO

"Kəpəz"in rəsmi fan-shopu - 1959 Store fəaliyyətə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə klubunun rəsmi saytı məlumat verib:

"Klubumuza aid rəsmi azarkeş atributları və aksesuarlarının satışını həyata keçirən mağaza "Kəpəz"sevərlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə ərsəyə gəlib.

Fan-shopda həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı formalar, oyun formaları, nostalji formalar, şərflər və digər aksesuarlar satılır.

Ünvan: Gəncə şəhər stadionunun mərkəzi girişi

İş qrafiki: hər gün saat 11:00-19:00 ("Kəpəz"in ev oyunlarında mağaza matçın sonunadək işləyir, səfər qarşılaşmalarında isə istirahət günüdür)".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM