Essyen iki həftəlik sıradan çıxıb

3 Mart 2020 13:26 Səbail 553
Essyen iki həftəlik sıradan çıxıb

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri matçda zədələnən “Səbail”in futbolçusu Maykl Essyenin durumuna aydınlıq gəlib.

Sportinfo..az xəbər verir ki, klubun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tibbi müayinədən sonra 38 yaşlı qanalı yarımmüdafiəçinin əzələsində ikinci dərəcəli dartınma aşkarlanıb. Təcrübəli oyunçu bu səbəbdən ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Maykl Essyen qarşılaşmanın 17-ci dəqiqəsində əvəzlənib və onun yerinə meydana Elçin Rəhim daxil olub. “Səbail” 20-ci turda evdə “Zirə” ilə, 21-ci turda isə səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti