“Barselona”nın hücumçusu Lamin Yamal, komanda yoldaşı Pau Kubarsi barədə fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı vinger “Teledeporte”-yə açıqlamasında Kubarsinin ötən il dünyanın ən yaxşı gənc futbolçusu olduğunu bildirib:
“Mənim fikrimcə, Kubarsi ötən il dünyanın ən yaxşı gənc futbolçusu idi. O, “Kopa” mükafatını, yaxud “qızıl top”u qazanmalıdır.
Aramızda heç bir fərq yoxdur. Mən ən yaxşı gənc futbolçu mükafatını qazandığım zaman ona növbəti qalibin özü olacağını demişdim.
Hansısa səbəbdən bu mükafatı qazanmasa, öz mükafatımı ona verəcəm”.
Kubarsi cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 6 oyunda iştirak edib.
Yamal iki dəfə ardıcıl olaraq ilin ən yaxşı gənc futbolçusu seçilib. Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir.
