"Mən iki il idi ki, adımın bu siyahıda çıxmasını xəyal edirdim"

02:00 Milli komanda 75
"Mən iki il idi ki, adımın bu siyahıda çıxmasını xəyal edirdim"

Edqar Adilxanov "CBC Sport"a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, yığmamızın heyətində Tacikistana qarşı keçirilmiş yoxlama görüşündə debüt edən yarımmüdafiəçi bu cür danışıb:

"Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Debüt etdim və buna görə məşqçilərimə təşəkkürümü bildirirəm.

Çox xoşbəxtəm. Fikrimcə, millidə debüt etmək hər bir azərbaycanlı gəncin xəyalı, arzusudur.

Xoşbəxtəm ki, məşqçilər mənə güvəndi. Düzünü desəm, millidən dəvəti gözləmirdim.

Heç bundan xəbərim də yox idi. U-21 yığmasından vəziyyətimi soruşurdular.

Ora hazırlaşırdım gedim. Şükür olsun A milliyə çağırdılar. Bu xəbəri ilk dəfə eşidəndə, çox xoşbəxt oldum.

İki il idi ki, adımın siyahıda çıxacağını xəyal edirdim. Bu da oldu".

Adilxanov Millətlər Liqasının ilk oyunu üçün Litvaya qarşı baş tutacaq oyun haqda da danışıb:

"Komandamızda vəziyyət yaxşıdır. Litvaya uçacağıq.

Orada daha çox taktiki məşqlər olacaq. Rəqibi yaxşı analiz edərək, qələbə qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM