“Atalanta”nın müdafiəçisi Corco Skalvini karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Nyukasl” və “Çelsi” maraqlanır.
“Sağsağanlar” yayda müdafiəçini transfer etməyə çalışıb, “Çelsi” isə onunla bağlı məlumat toplayıb.
Skalvini “Atalanta” ilə müqaviləsinin müddətini 2031-ci ilə qədər uzatmağa razılaşıb. Buna baxmayaraq, Premyer Liqa klublarının ona marağı davam edir.
İtaliya millisinin üzvü bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb.
