“Qəbələ” heyətini yeni legionerlə gücləndirib.
Sportinfo.az xəbər verir ki, klub Rafael Utziqlə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Bh haqda “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı braziliyalı vinger daha əvvəl də “Qəbələ”də çıxış edib. 2020-2023-cü illərdə komandanın heyətində 94 oyuna çıxıb və 18 qol vurub.
O, daha sonra Azərbaycanda “Zirə”də də oynayıb.
Rafael Utziq son olaraq Vyetnamda - “Ho Çi Minh Siti”də çıxış edib.
