“Mançester Siti”nin özbək müdafiəçisi ilə “Çelsi” maraqlanır

00:00 İngiltərə 85
“Mançester Siti”nin özbək müdafiəçisi ilə “Çelsi” maraqlanır

“Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov klubunu dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, özbəkistanlı futbolçu ilə “Çelsi” maraqlanır.

Bildirilir ki, Xusanov təklifi nəzərdən keçirməyə hazırdır. Buna səbəb yeni baş məşqçi Enzo Mareskanın onu mövqeyinə uyğun olmayan yerdə oynatmasıdır.

22 yaşlı müdafiəçinin xidmətində İngiltərə Premyer Liqasının daha üç klubu maraqlıdır.

“Mançester Siti” Xusanovu 2025-ci ilin əvvəlində Fransanın “Lans” klubundan 40 milyon avroya transfer edib. Futbolçu cari mövsümdə bütün turnirlərdə 6 oyunda meydana çıxıb.

“Transfermarkt”ın məlumatına görə, Xusanovun bazar dəyəri 50 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM