“Real”ın müdafiəçisi Din Heysen “Barselona”nın güclü komanda olub-olmadığı barədə sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniya klubunun hazırda yaxşı formada olduğunu düşündüyünü bildirib:
“Bəli, elə düşünürəm. Onların oyunlarına tez-tez baxmıram, amma deyilənlərə görə, hazırda həqiqətən güclüdürlər”.
“Barselona” bu mövsüm La Liqada keçirdiyi ilk 7 oyunun hamısında qələbə qazanaraq, 21 xal toplayıb. Komanda turnir cədvəlinə başçılıq edir.
Kataloniya klubu oktyabrın 25-də, “Kamp Nou”da “Real”ı qəbul edəcək.
”Barselona” həmçinin 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.
