“Azərbaycanda çoxlu çətinliklərlə üzləşdim, çox şey öyrəndim”

29 Sentyabr 09:00 Səbail 783
“Azərbaycanda çoxlu çətinliklərlə üzləşdim, çox şey öyrəndim”

“Səbail”in sabiq futbolçusu Qustavo França Azərbaycanda keçirdiyi dönəmi xatırlayıb.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, İndoneziyanın “Java Yunayted” klubunun formasını geyinən 30 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə çətin vaxtlar keçirdiyini bildirib.

O, karyerasının ən çətin mərhələsi kimi məhz Azərbaycanı adlandırıb:

“Həm şəxsi həyatımda, həm də peşəkar karyeramda çox böyük dəyişiklik oldu. Çoxlu çətinliklərlə üzləşdiyim, eyni zamanda çox şey öyrəndiyim bir dövr idi”.

2022-2023 mövsümündə “Səbail”in formasını geyinən Qustavo França ölkəsi ilə yanaşı, Portuqaliyada da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!