"Sabah" Bakıda "Slaviya"nı qonaq edir - CANLI YAYIM

20:45 Səbail 158
"Sabah" Bakıda "Slaviya"nı qonaq edir - CANLI YAYIM

"Sabah" Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.

Görüşün baş hakimi avstriyalı Sebastyan Qishamer olacaq.

"Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. "Slaviya" isə Çexiyada Fransa təmsilçisi "Lans"a uduzub - 2:3.

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya) 0:0
Hakimlər:
Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu

"Sabah": 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 7. Umarali Rahmonaliyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 37. Du Keyros, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

"Slaviya": 35. Yakub Markoviç, 3. Tomaş Holeş (k), 4. David Zima, 6. Ange Nquessan, 10. Daniyel Ştrum, 16. David Mozes, 17. Lukaş Provod, 20. Emmanuel Ayaosi, 23. Mixal Sadilek, 25. Tomaş Çori, 27. Tomaş Vlçek.
Ehtiyat oyunçular: 29. Nazar Domçak, 40. Adam Rezek, 8. Oskar Kubiak, 13. Moymir Xitil, 14. Samuel İsife, 15. Mubarək Süleyman, 22. Tumani Diakite, 30. Viktor Novak, 47. David Barçot, 53. Matey Kotrba, 60. Petr Potmeşil.
Baş məşqçi: Yindrix Trpişovski.

Digər Xəbərlər
Xəbər Lenti