COP29

Klubun iki vacib şəxsi baş məşqçinin qalmasını istəmir

20 May 13:40 Səbail 1 983
Klubun iki vacib şəxsi baş məşqçinin qalmasını istəmir

«Səbail» rəhbərliyi yaxın günlərdə bir araya gələcək.

Toplantıda mövsümün yekunları geniş müzakirə olunacaq, baş məşqçi məsələsinə aydınlıq gətiriləcək.

2022-ci ilin dekabrından bəri komandanı çalışdıran Şahin Diniyevin müqəddəratı burada bəlli olacaq.

Gözlənilən nədir? Bu dəqiqəyə olan son məlumat belədir ki, klubun İdarə Heyətinin sədri Rauf Vəliyev və idman direktoru Füruz Abdulla onun işindən məmnun deyil.

«Səbail»in gündəlik həyatında müşüm rol oynayan iki aparıcı şəxs Diniyevlə yolları ayırmağın ən düzgün addım olacağını düşünür.

Onları başa düşmək lazımdır – milyonlarla manat büdcə ayrılsa da, hazırkı sükançı güclü kollektiv formalaşdırmağı və nəticə qazanmağı bacarmayıb.

Ölkə kubokunda mübarizəni erkən dayandıran «dənizçilər» Premyer Liqanın son turu öncəsində 42 xalla turnir cədvəlinin 7-ci pilləsində məskunlaşıb.

Bayıl təmsilçisi bir üst sıradakı «Turan Tovuz»dan 3 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"