COP29

İstefa ərizəsi yazmaq istəməyən baş məşqçinin ayıbı

13 May 10:40 Səbail 3 603
İstefa ərizəsi yazmaq istəməyən baş məşqçinin ayıbı

«Səbail» mövsümün sayca dördüncü matçında da «Sumqayıt»a uduzdu.

Bəs Şahin Diniyev oyunsonrası mətbuat konfransında nə söylədi?

Zənn etməyin ki, o, eyni rəqibə bu qədər məğlubiyyətdən bezdiyini, utandığını, istefa ərizəsi yazmaq istədiyini açıqlayıb.

Ondan hər şey gözləyə bilərsən, bir bundan başqa. Səmimiyyət Diniyevə aid olmayan xüsusiyyətdir.

Sən bu cür tanıdığını düşünürsənsə, deməli, adamı tanımırsan, tanımamasın.

Duellərin dördündə də meydanı yenik tərk eləmiş baş məşqçi yaxşı oyundan dəm vurursa, bununla yalnız mətbuatın, ictimaiyyətin gözünə kül üfürmür.

Həmçinin klub rəhbərliyinin başının altına yastıq uzadır.

Deyib ki, onun üçün əsas baxımlı oyundur. Əlavə edib ki, baxımlı oyun varsa, nəticə də gələcək.

Daha sonra bildirib ki, mövsümü altıncı pillədə başa vurmaq onlar üçün uğur sayılacaq.

Ayıb deyilmi?! Büdcəsinə görə Premyer Liqanın 3-4 klubundan biri sayılan «Səbail»i bu qədər aşağı çəkən baş məşqçinin hələ dili də var danışmağa.

Rauf Vəliyev hara baxır ey?! Görmür, izləmir çempionatı? Baxmır turnir cədvəlinə?:Digər komandaların büdcəsindən yoxdur xəbəri?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!